10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
İnsanlar sevdiklərinin dəyərini çox vaxt onları itirdikdən sonra bilirlər. Onda isə gec olur. Bəs düşünmüsünüzmü ki, birdən itirdiyinizi qaytarmaq mümkün olar.  Onda necə? Bu barədə Xəyal da düşünmürdü. Artıq evliliyin 5-ci ildönümünü yaşayan gənc həkim, demək olar işini o qədər sevir ki, ancaq işində uğur barədə düşünür. Hətta evlilik gününü unudur.  Onun həyat yoldaşı isə gənc müğənni-bəstəkar Günay,  daim ondan  sevgi gözləyir və artıq onun unutqanlılığına öyrəşir. Ancaq bir gün 5 illik evlilik günü, bir taksi sürücüsü Xəyalın bütün fikirlərini alt üst edir. Sürücünün “sevdiyin həyat yoldaşın uzağa getsə, sən işini, burdakı həyatını atıb,  onunla gedərsənmi?” sualına o bilmirəm cavabı verir. Evlilik ildönümünü unutduğunu bilən Xəyalın köməkçisi onlara romantik şam yeməyi  təşkil edir. İşinə daha çox vaxt ayırdığını, ailənin isə arxa planda olmasından söz acan Günay Xəyalın cavab sözlərindən inciyir və masadan qalxır. Xəyal onun dalınca gedir. Onu sakitləşdirməkdənsə daha da pis ağladır. Günay taksi saxlayır, bu taksinin sürücüsü səhər Xəyalla söhbət edən şəxsdir. Günay taksiyə minir, sürücü isə soruşur, “cavan oğlan, siz xanımla bir yerdə gedirsiz ya qalırsız?”. Sürücünün həmin sürücü olduğunu görən Xəyal verilən sual haqqında düşünür və “yox” deyir. Taksi yerindən tərpənir. Xəyal bir az düşünmək üçün gəzmək istəyir. Bir neçə saniyyədən sonra səs eşidir. Geriyə dönüb görür ki, Günay olan taksiylə bir avtomobil toqquşub.  
Daha çox