Sing Street

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
MUSİQİ KÜÇƏSİ (SING STREET) filmi insanı bir anlığa bu dünyadan qoparıb 1980-ci illərə aparır. Dublin şəhəri Konor (Ferdia Uolş-Pilou) adlı 14 yaşlı oğlanın gözü ilə təsvir olunur. Filmdə hadisələr belə cərəyan edir: Konor valideynləri arasındakı gərgin münasibətlər və maliyyə çətinlikləri səbəbindən xoşagəlməz vəziyyətin hökm sürdüyü evdən uzaqlaşmaq üçün çıxış yolu axtarır və yenicə oxumağa başladığı şəhərdaxili dövlət məktəbinə uyğunlaşmağa çalışır. Həmin məktəbin müəllimləri də şagirdləri qədər qaba və kobuddurlar.  Öz əsrarəngizliyi, füsunkarlığı və gözəlliyi ilə daim diqqət mərkəzində olmağı bacaran Rafina (Lyusi Boynton) ilə qarşılaşdığı zaman Konorun qəlbində bir ümid işığı yanır və o, həmin qızın ürəyini fəth etmək üçün onu öz qrupunun videokliplərində baş rolu ifa etməyə dəvət edir. Yeganə problem ondan ibarətdir ki, onun qrupu... hələlik yoxdur.  
Daha çox