GƏNC SƏSLƏR, QƏDİM NƏĞMƏ

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Tanınmış amerikalı muğam ifaçısı Cefri Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan az yaşlı uşaqların ifasına valeh olur.  Amerikaya qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, onlardan birinin vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir. Cefri vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən  Azərbaycana gəlir. Onun məcburi köçkün düşərgələrinə maraqlı və sərgüzəştlər ilə müşayət olunan səyahəti başlayır. Nəhayət, gərgin axtarışlar nəticəsini verir. Cefri vaxtilə onu heyran edən gənc muğam ifaçısını tapır, onun gözlənilməz həyat hekayəti ilə tanış olur. Filmdə gənc muğam ifaçılarının bir-birini əvəz edən ifaları ona yeni ruh gətirir. Aydın olur ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır, qloballaşmaya baxmayaraq, gənc nəsil böyük mədəni irsi yaşadır.
Daha çox