YERMA

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Möhtəşəm Billi Payper ("Qorxulu nağıllar", "Böyük Britaniya") ona "Evening Standard"ın Ən Yaxşı Aktrisa mükafatını qazandırmış rolu ilə səhnələrə qayıdır. Lorkanın şedevr pyesinin Simon Stounun rejissorluğu ilə səhnələşdirilmiş tamaşasında gənc qadının dəlicəsinə həvəslə övlad arzusunda olması onu inanılmaz hərəkətlər etməyə sövq edir. "Young Vic" teatrının səhnəsindən teatr həvəskarlarının rəğbətini qazanmış bu teatr fenomenini tənqidçilər "nəfəskəsici teatr təntənəsi" ("The Times") və "heyrətləndirici, möhtəşəm və baxılmağa dəyər tamaşa" ("Mail on Sunday") adlandırıb. Billi Payperin ifası "heyranedici" ("The Evening Standard"), "təəccüblü" ("iNews") və "inanılmaz dərəcədə güclü" (The Daily Telegraph") kimi səciyyələndirilib. Hadisələri müasir Londonda cərəyan edən tamaşada Payperin otuz yaşlarında qadın qəhrəmanının təbii övlad istəyi tamaşanı sarsıdıcı, fövqəladə bir sonluğa aparır.
Daha çox