Sezan. Həyat portretləri

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Pol Sezanın müəllifi olduğu portretlərdən ibarət unikal sərgi bu il ərzində incəsənət dünyasında ən çox müzakirə edilən hadisələrindən biridir. Rəssamın dünyanın müxtəlif yerlərində nümayiş olunan kolleksiyalardan seçilmiş 50-dən çox portretindən ibarət sərgi Paris şəhərinin d'Orse muzeyində təşkil olunmuşdur. Daha sonra isə həmin sərgi London və Vaşinqton şəhərlərində nümayiş etdirilmişdir. XX əsr incəsənətini onun inkişafına töhfə vermiş Pol Sezanın yaradıcılığına xüsusi yer ayırmadan qiymətləndirmək mümkün deyil. D'Orse muzeyinin, London şəhəri Milli Portret Qalereyasının və Vaşinqton şəhəri Milli İncəsənət Qalereyasının ekspertlərinin və kuratorlarının köməyilə, habelə, rəssamın şəxsi yazışmaları sayəsində bu film tamaşaçılara təkcə unikal sərgini ziyarət etmək deyil, eyni zamanda görkəmli post-impressionist rəssamlar arasında bəlkə də ən az tanınan rəssamın dünyasına səyahət etmək imkanı verir.
Daha çox