Diqqətə layiq olmayan qadın

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Lourens Olivye mükafatının sahibəsi İv Best ("Taleyin ögey övladları üçün Ay", "Qedda Qabler") və BAFTA mükafatına namizəd olan Enn Reyd ("Qalifaksda son tanqo") Oskar Uayldın müəllifi olduğu pyesin klassik tamaşasında baş rolları ifa edir. Bununla da, "Qlobus" teatrının keçmiş bədii rəhbəri Dominik Dromqulun rəhbərlik etdiyi yeni truppa - "Classis Spring" teatr truppası kinoda Oskar Uayld mövsümünü açıq elan edir.   Ciddi xarakterli gənc amerikalı xanım, nüfuzu zədələnmiş ingilis lordu və günahsız cavan oğlan durğun axşam qonaqlığına dəvət alan qonaqlardan bir neçəsidir. Onlar maraqlı və qəribə personajlardır. Qonşuluqda çoxdankı sirri gizlədən bir qadın yaşayır. Davranış komediyasını İbsenin dəsti-xətti ilə cəsarətli şəkildə birləşdirən tamaşa ilk dəfə 1893-cü ildə teatr səhnəsində nümayiş olunub. O, teatr dramaturqlarından ibarət xorda yeni, inamlı səsin meydana gəldiyini göstərmişdir. Bu tamaşa təkcə o dövrün mühafizəkar tamaşaçılarını məmnun etməklə kifayətlənməmiş, eyni zamanda indiyə qədər aktuallığını itirməmişdir.
Daha çox