15 yanvar 2009-cu il tarixdə baş verənləri “Qudzonda möcüzə” adlandıracaqlar. Həmin gün 1549-cu reysin kapitanı Çesli Sallenberqer Nyu-Yorkda Qudzon çayının soyuq sularına A320 təyyarəsi ilə qəza enişi etdi. O zaman bortda olan 155 nəfərdən heç biri xəsarət almadı. Lakin cəmiyyət və kütləvi informasiya vasitələrinin ehtiramına baxmayaraq kapitan Sallinin peşə nüfuzuna və uzunmüddətli karyerasına xələl gətirə biləcək araşdırma başlanır.