“Niyə 3” filmində hadisələr “Niyə”-nin dəyişilməz qəhrəmanları Asiman və İsabalanın başına gəlir.
Çox varlı bir qızla evlənmək ərəfəsində olan Asimanın anası Südabə təsadüfən elədiyi bir cinayətə görə azadlıqdan məhrum olunur.
Lakin, anasının həbs olunmasını zadəgan qaynatası və qaynanasından gizlədən Asiman, toyuna bir gün qalmış dostu İsabalayla birlikdə toyunda iştirak etsin deyə, anasını həbsxanadan qaçırtmaq qərarına gəlir.
Elə hadisələr də, məhz bundan sonra gərginləşməyə başlayır.
Bir tərəfdən toyu olan bir tərəfdən də polis təqibiylə üzləşən Asiman, İsabala və Südabə gözlənilməz macəralarla qarşılaşırlar.
Daha çox
Biletlərin sifarişi
+994 12 598 74 14
119 (
ödənişli
)
Azərbaycan
AİLƏTARİFİ
Ailə tarifi kinoya ailəvi olaraq daha qənaətli şəkildə izləməyə istəyənlər üçün nəzərdə tutulub.