All
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
SADƏCƏ SEV (SİNOPSİS) İnsanlar sevdiklərinin dəyərini çox vaxt onları itirdikdən sonra bilirlər. Onda isə gec olur. Bəs düşünmüsünüzmü ki, birdən itirdiyinizi qaytarmaq mümkün olar.  Onda necə? Bu barədə Xəyal da düşünmürdü. Artıq evliliyin 5-ci ildönümünü yaşayan gənc həkim, demək olar işini o qədər sevir ki, ancaq işində uğur barədə düşünür. Hətta evlilik gününü unudur.  Onun həyat yoldaşı isə gənc müğənni-bəstəkar Günay,  daim ondan  sevgi gözləyir və artıq onun unutqanlılığına öyrəşir. Ancaq bir gün 5 illik evlilik günü, bir taksi sürücüsü Xəyalın bütün fikirlərini alt üst edir. Sürücünün “sevdiyin həyat yoldaşın uzağa getsə, sən işini, burdakı həyatını atıb,  onunla gedərsənmi?” sualına o bilmirəm cavabı verir. Evlilik ildönümünü unutduğunu bilən Xəyalın köməkçisi onlara romantik şam yeməyi  təşkil edir. İşinə daha çox vaxt ayırdığını, ailənin isə arxa planda olmasından söz acan Günay Xəyalın cavab sözlərindən inciyir və masadan qalxır. Xəyal onun dalınca gedir. Onu sakitləşdirməkdənsə daha da pis ağladır. Günay taksi saxlayır, bu taksinin sürücüsü səhər Xəyalla söhbət edən şəxsdir. Günay taksiyə minir, sürücü isə soruşur, “cavan oğlan, siz xanımla bir yerdə gedirsiz ya qalırsız?”. Sürücünün həmin sürücü olduğunu görən Xəyal verilən sual haqqında düşünür və “yox” deyir. Taksi yerindən tərpənir. Xəyal bir az düşünmək üçün gəzmək istəyir. Bir neçə saniyyədən sonra səs eşidir. Geriyə dönüb görür ki, Günay olan taksiylə bir avtomobil toqquşub. Günay, həkimlərin üzərində əziyyətinə baxmayaraq kəllə beyin travması ilə dünyasını dəyişir. Günayı itirdiyini öyrən Xəyal baş verənlərə inana bilmir, o, morqda Günayın meyidi yanında oturub, onun istədiyi sevgi ona verə bilmədiyi üçün, daim uşaq istədiyi, ancaq hər dəfə tezdi dediyi  üçün, onunla daha çox vaxt keçirə bilmədiyi üçün bağışlamağını istiyir. Evdə gözü Günayın sirrli gündəliyinə sataşır, acıb göz yaşları ilə oxuyur, orda isə yalnız Xəyal haqqında, ona olan sevgisi haqqında gözəl fikirlərin olması Xəyalı sanki məhv edir. Dəftəri qucağlayıb yatır. Səhər Xəyal ayılır və qarşısında Günayı görür. Bundan sonra dünən gün ərzində nə baş veribsə eynisi yenidən təkrarlanır, ən xırda element belə dəyişmir. Xəyal nə qədər müdaxilə etsə belə! Yenə də nəticə eyni olur! Yenə eyni taksi sürücüsü, yenə eyni sual, “ düşün ki, həyat yoldaşın əbədi uzaqlara gedəcək, sən öz işini, həyatını buraxıb onunla gedərdinmi?” ...
See also