Albasete, 1966-cı il. İngilis dili müəllimi və Beatles-ın sadiq pərəstişkarı Antonio həmin vaxt “Müharibədə necə qalib gəldim” filmində çəkilən Con Lennonu görmək ümidiylə Almeriyaya maşınla yola düşməyə qərar verir. Yolda iki avtostopçu turist- Xuanxo və Belen ona qoşulur və bu üçlük azadlıqlarının axtarışında öz arzularının arxasınca gedirlər.